Ölkə

İstirahət gününün HAVASI

17 İyun 2017 12:26
89 Şərh     Baxış: 4 703
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Mili.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Abşeron yarımadasında gecə 15-17° isti, gündüz 22-27° isti, Bakıda gecə 15-17° isti, gündüz 25-27° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Rayonlarda bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.