Ölkə

Yeni yollarda sınaq yürüşləri keçirildi - VİDEO - FOTO

17 İyun 2017 11:13
1 Şərh     Baxış: 916

Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Yasamal rayonu, Füzuli meydanı və Təzəpir məscidi kompleksi ətrafında aparılan yenidənqurma və abadlıq işləri çərçivəsində yeni, müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılan işlər artıq son mərhələsindədir.

"Azəravtoyol" ASC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Füzuli və Mirzəağa Əliyev küçələrinin davamı olaraq yeni salınan yollardan sonra Nərimanov prospekti və Abdulla Şaiq küçəsində də yenidənqurma işləri başa çatıb.
 
Artıq sözügedən yollarda avtonəqliyyat vasitələrinin, o cümlədən piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə sınaq yürüşləri keçirilib. Sınaq yürüşlərini "Azəravtoyol" ASC-i və Bakı Nəqliyyat Agentliyi birgə həyata keçirib.
 
Hərəkətin təşkili və təhlükəsizliyində olan nöqsanları aşkar edib aradan qaldırmaq məqsədi ilə təşkil edilən sınaqlarda "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov, Bakı Nəqliyyat Agentliyinin Baş direktoru Vüsal Kərimli, cəmiyyətin və agentliyin mütəxəssisləri, həmçinin yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə bağlı ixtisasaşmış beynəlxalq şirkət olan "GEMMS"-in direktoru Panos Protopsaltis də iştirak edib.

Sınaqlarda yeni salınan küçələrdə döngələr və kəsişən yollar boyu eyni anda bütün zolaqlar üzrə sərnişin avtobusları hərəkət etdirilərək yolların maksimal intensivliyi zamanı yarana biləcək problemlər əyani şəkildə nəzərdən keçirilib. Beynəlxalq təcrübəyə əsaslanaraq avtonəqliyyat vasitələrinin hərəkəti zamanı yarana biləcək problemlər sınaqda iştirak edən qurumların rəhbərlərinin, yerli və xarici mütəxəssislərinin birgə razılığı ilə aradan qaldırılması istiqamətində göstərişlər verilib.
 
Layihə üzrə yenidən qurulan və yeni salınan yollarda avtonəqliyyat vasitələrinin bir-birinin hərəkətinə maneə törədən kəsişmə nöqtələrin ləğvi və bununla da tıxacların qarşısının alınmasının vacibliyinə də xüsusi diqqət yetirilib. Yaxın günlərdə istifadəyə veriləcək yollarda məhz bunun hesabına fasiləsiz və maneəsiz hərəkət təmin olunacaq.
 
Keçirilən sınaq yürüş zamanı keçmiş "Sovetski" ərazisində yaradılan müasir və  beynəlxalq standartlara cavab verən yol infrastrukturunda müxtəlif hissələr üzrə hərəkətin təşkili sxeminə müvafiq dəyişikliklərin edilməsi, yol nişanlarının, işıqforların, digər nizamlayıcı texniki vasitələrin quraşdırılması, ümumi istifadədə olan avtonəqliyyat vasitələrinin dayanacaq yerlərini bildirən üfüqi nişanlanma işlərinin aparılması, küçələr boyu əlil və uşaq arabaları ilə normal hərəkəti təmin etmək üçün pandusların quraşdırılması və sair məsələlər birgə müzakirə olunub, vətəndaşların rahat və təhlükəsiz hərəkətinə maneə yaradan çatışmazlıqların aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yeni yollarda hərəkətin təşkili sınaq yürüşlərlə əyani şəkildə yoxlanıldı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

1 Şərh:

  • Anonim
    ANI · 17 İyun 11:1900

    Allaha şükür deyəsən yollara yağış lükləridə qoyulub.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.