Ölkə

Şəmkirdə arvadı ilə barışmaq istəyən gənci oğru hesab edərək döydülər - VİDEO

17 İyun 2017 09:40
6 Şərh     Baxış: 2 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəmkir rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə rayonun Dəllər-Cəyir kəndində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü, əslən Yardımlı rayonundan olan Şəkərov Əliqismət Hökməli oğlu həyat yoldaşı ilə barışmaq üçün Dəllər-Cəyir kəndinə, qaynatasının evinə gəlib. Ə. Şəkərov polisə ifadəsində bildirib ki, o, həyat yoldaşı ilə barışmaq istəyirmiş. Lakin qaynanası Ə.Şəkərovu evdən uzaqlaşdırmaq üçün onu qohumlara və qonşulara oğru kimi təqdim edib.

Bundan sonra Ə.Şəkərov həyat yoldaşının qohumları və qonşuları tərəfindən bel sapıyla döyülüb. Nəticədə o, ağır xəsarət alıb.

Yaxınlıqdakı şəxslərdən biri Ə.Şəkərovu yük avtomobili ilə Bakıya - Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirib və ona tibbi yardım göstərilib. Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirir.
Ə.Şəkərovun ifadəsi Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb.  

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şəmkirdə həyat yoldaşı ilə barışmaq istəyən gənci oğru hesab edərək döydülər

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.