Ölkə

Azərbaycanda ən iri kimya zavodlarından biri işini dayandırır - SƏBƏB

16 İyun 2017 20:09
0 Şərh     Baxış: 2 279
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Dövlət Neft Şirkətinin "Azərkimya" İstehsalat Birliyinin "Etilen-polietilen" zavodu avqust ayında təmirə dayandırılacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bunu zavodun direktoru Oqtay Niftəliyev deyib.

Zavod direktoru qeyd edib ki, təmir işləri 3 illik müddəti əhatə edəcək: "Avqust-sentyabr aylarında avtomat idarəetmə sistemlərinin quraşdırılmasının birinci mərhələsi başa çatacaq. Bundan sonra digər avadanlıqların quraşdırılması planlaşdırılır".

O.Niftəliyev deyib ki, təmir-bərpa işinin əsas məqsədi zavodun etilen və polietilen istehsalı gücünü "SOCAR Polymer" zavodunun xammalla təmin olunması üçün ildə 150 min tonadək yüksəltməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.