Ölkə

Rafiq Hüseynovda yenidən şiş tapıldı - Türkiyəyə aparılır

16 İyun 2017 18:02
4 Şərh     Baxış: 11 271

Xalq artisti, sevilən diktor Rafiq Hüseynovun bağırsağında şiş tapılıb. Xalq artisti təcili əməliyyat olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə yenicag.az-a diktor özü açıqlama verib. Acı xəbəri bizimlə bölüşən Rafiq Hüseynov Türkiyədə əməliyyat olunacağını bildirib:

"Xəstəxanadan evə buraxıldım, ayaqlarımdakı problem hələ də aradan qalxmayıb. Həkimlər daha bir xəstəlik aşkarlayıb, deyirlər bağırsağımda şiş var. Təcili əməliyyat olunmalıyam. Bunun üçün gələn həftə Türkiyəyə yola düşürəm. Orda müayinələr olunmalıdır. Görək həkimlər nə deyəcək. Ümidvaram ki, hər şey yaxşı olacaq".

Qeyd edək ki, məşhur diktor bir neçə ildir ağciyər xərçəngindən əziyyət çəkir. Eyni zamanda, son vaxtlar ayaqlarında da problemlər yaranıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    abc · 16 İyun 20:2760

    Allah kömeyiniz olsun!!!

    Cavab yaz
    • Anonim
      nc nc · 17 İyun 17:2300

      Nese olanda yaxwilara olur...... Allah sizi penahinda saxlassin, wefa versin Rafiq muellim.

      Cavab yaz
  • Anonim
    firuze · 16 İyun 21:3850

    Allah yardimciniz olsun, Rafig muellim.

    Cavab yaz
  • Anonim
    rassiya · 16 İyun 22:2650

    Rafiq muellim umidinizi hec vaxt uzmeyin.Allah size komek olar insellah.size bu gozel muqeddes ayda saqlamliqiniza qovusmaqinizi allahdan arzu edirem.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.