Ölkə

Çexiyalı ekstremallar Böyük Qafqazı belə fəth etdilər - FOTO

16 İyun 2017 17:28
0 Şərh     Baxış: 1 465

Çexiyanın dünyaca məşhur ".zam" velo-baykerlər qrupu bu günlərdə Azərbaycanda olub.

Milli.Az xəbər verir ki, dünya KİV-nin və sosial şəbəkələrin fatehləri bu dəfə fanatlarını Bakı, eyni zamanda, Xızı, Quba, Qusar dağlarındakı macəraları ilə sevindirib.

Velo-baykerlər qrupuna təşkilati dəstəyi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Milli Turizm Təbliğat Bürosu göstərib.

Milli Turizm Təbliğat Bürosunun Mətbuat katibi Kənan Quluzadə Milli.Az-a bildirib ki, ekstremallar tezliklə Gürcüstan və Azərbaycanda çəkdikləri videoları da təqdim edəcəklər. Onun sözlərinə görə, hər iki ölkə gələcəkdə də müştərək layihələr icra etməyi planlaşdırır.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.