Ölkə

"Özəl telekanalların hamısının reytinqi bir yerdə ATV-yə çatmır"

16 İyun 2017 14:28
9 Şərh     Baxış: 2 399

ATV Azərbaycanın ən reytinqli telekanalıdır. Bunu bütün reytinq şirkətləri təsdiqləyir. Hətta bir faktı da deyim ki, Azərbaycanda faəliyyət göstərən bütün özəl telekanallarının reytinqini toplasaq, ATV-yə çatmaz.

Milli.Az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında ATV-nin ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimov deyib.
 
O, Azərbaycan telekanallarının reytinq cədvəlinə münasibət bildirərkən deyib ki, ATV nəinki yerli telekanallarla, eyni zamanda ölkəmizdə yayımlanan xarici kanallarla da rəqabətdə birincidir: "Biz xarici kanalları da üstələyirik. Ola bilər ki, müəyyən saatlarda müəyyən verilişlər önə keçir, ancaq ümumi nəticədə biz reytinqdə birinciyik".
 
Xatırladaq ki, dünən "Trend" informasiya agentliyi telekanalların reytinqini açıqlamışdı. Siyahıya Azərbaycan telekanalları arasında ATV, ümumi telekanallar arasında isə Türkiyənin "Star TV" telekanalı başçılıq edir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

9 Şərh:

  • Anonim
    HD · 16 İyun 14:4040

    Men ATV ye nede basqa kanalarimiza baxmiram .. Menimçun birinci deyil .. Kiminçun , kimlerçun birincidi , bunuda hemen kimler biler .. Senin apardigin verlislere baxmamisam , inanmiram baxim !!!

    Cavab yaz
  • Anonim
    F. · 16 İyun 14:4102

    Qismen razilashmaq olar. Xeber bulletenleri ilede o fikirdeyem. Sizin proqram baglanandan sonra xebere olan ehtiyacimi odemek uchun xeyli chalishmali oluram. neticede 4-5 olkenin xeber kanallarinin arasinda itib-batiram.

    Cavab yaz
  • Anonim
    N · 16 İyun 14:5640

    Düz əməlli kanal qaldıkı

    Cavab yaz
  • Anonim
    Elya · 16 İyun 15:0230

    Shexsen bizim evde Azerbaycan kanallarina baxan yoxdu bir dene men baxiram onuda herden bir menim kumi bir coxlari varki baxmirlar atvye hec baxmiram cunku orda hec yaxshi verlishler yoxdu neyini terifliyirsiz bilmirem ay Turan bey ishdediyin yeri pislemiyeceysenkiii mecbursan bele danishmaga kimin agzini acirsan turk seriallarindan danishir bu axsham ashq ve mavi var men ona baxacam sho tvde guldur guldur var yoldashimda ona baxir yoldashim evveller Rusyada yashadigi ucun en cox rus kanallarina baxir duzdu men sevmirem rus kanallarini bunun usdunde tez tez mubayiselerimiz olur☺

    Cavab yaz
  • Anonim
    Rustem · 16 İyun 15:0640

    Ans de isleyende ans birinci kanal idi ne oldu

    Cavab yaz
  • Anonim
    səbinə · 16 İyun 15:4213

    Düzdü baxımlı kanaldır amma istərdim ki hərçən ki mənim bəlkədə fikrim önəmli deyil çox istərdim ki Sizin apardıgınız ekrana qayıdardı sentyabrda

    Cavab yaz
  • Anonim
    sesi · 16 İyun 16:3640

    gic -gic seriallar .mucslcun Gunesim ol .ele bil ki ,ozfealiyyet derneyidir. ATV de tek Bacanaqlara baxa bilirem.

    Cavab yaz
  • Anonim
    asi · 16 İyun 16:3950

    Verlişlərlə kanalları elə kökə salmısız ki, indi özəl kanallara baxmaq Aztvyə baxmaq qədər mənasız olub).Bizdə bir dənə xəbərlərə baxılır.Ən çox da Xəzər xəbərə və Spacenin axşam xəbərinə.Vəssalam)..

    Cavab yaz
  • Anonim
    səkinə 1 · 16 İyun 17:0540

    guya telekanallarda yemək,çalçağır və camaatın problemlərindən başqa nə verirsizki hə birdəki yaşlı nəslin başını qatmağçun gicgic seriallar.evdə səhərdən axşamacan ancaq və ancaq trt çocuk heçolmasa uşaqlara marifləndirici cizgi filmləri,verlişlər verirlər...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.