Ölkə

Şamaxıda zəncirvari yol qəzası: 3 yaralı

16 İyun 2017 14:10
1 Şərh     Baxış: 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxı rayonunda 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı yolunun 107-ci kilometrliyində qeydə alınıb.
 
Xaçmaz rayon sakini Zülfüqar Baratovun idarə etdiyi "Daewoo", İsmayıllı rayon sakinləri Adil Bağırovun idarə etdiyi "Mercedes" və Nicat Hüseynovun idarə etdiyi "VAZ 21015" markalı minik avtomobillər toqquşub.
 
Toqquşma nəticəsində avtomobillərdəki sərnişinlər - 2004-cü il təvəllüdlü Rövşən Usubov, 1990-cı il təvəllüdlü İradə Mustafayeva və 1956-cı il təvəllüdlü Məhərrəm Mustafayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.