Ölkə

Tədrisə tam cəlb olunma hansı ixtisaslarda təhsil alan tələbələrə şamil olunacaq?

16 İyun 2017 13:58
Baxış: 1 504
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tədrisə qismən cəlb olunma qiyabi təhsil forması deyil. Qiyabi təhsil formasında təhsil alanlar ildə 1 dəfə bir ay müddətində sessiyada iştirak edirlər. Onlar imtahanda iştirak edirlər, növbəti sessiyaya cəlb olunurlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında məlumat vetən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev deyib.

Y.Piriyevin sözlərinə görə, bu gün təhsilə yeni anlayışlar gəlib çıxıb ki, bunlar tədrisə qismən və tam cəlb olunmadır:

"Tədrisə tam cəlb olunma yalnız dövlət sifarişli ixtisaslarda təhsil alan tələbələrə şamil olunacaq. Tədrisə cəlb olunan tələbələr hər semestrdə 30 kredit dərs ala bilər, bundan əlavə də 10 kredit dərs götürə bilərlər".

Y.Piriyev deyib ki, tədrisə qismən cəlb olunan tələbələr oxuduğu müddətdə çalışa bilərlər:

"Bu halda tələbələr ən azı 2 fənni dinləyərək tədris almalıdırlar. Belə təhsil alanlar 20 kreditdən çox olmamaq şərtilə müəyyən bir müddətdə ali məktəbdə tədrisi bitirə bilərlər. Bu da imkan yaradacaq ki, aztəminatlı tələbələr həm çalışıb, həm də təhsili davam etdirsin. Əgər tələbənin il ərzində təhsil haqqını ödəmək imkanı yoxdursa, onda tələbə 2 fənni seçə bilər və fənlərə - kreditlərə müvafiq təhsil haqqını ödəyib universitetdə təhsil ala bilər".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.