Ölkə

Bakıda yol polisinə tanınmış şəxsdən rüşvət ittihamı - "Get,100 manat gətir" - FOTO

16 İyun 2017 13:37
7 Şərh     Baxış: 2 156

Yasamal rayon DYP əməkdaşı tanınmış nasir, publisist Xeyrəddin Qocanın qızından rüşvət alıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, sabiq millət vəkili DYP əməkdaşlarının qeyri-qanuni hərəkətləri ilə bağlı Facebook-da status paylaşıb. 

Onun sözlərinə görə, avtomobilin texniki pasportunu və qızının sürücülük vəsiqəsini əlindən alan DYP əməkdaşları "maşına həbs qoyulub, düş aşağı, maşını cərimə meydançasına aparmalıyıq" deyərək onu cəriməni ödəmək üçün Yasamal Polis İdarəsinə göndəriblər.

Şöbədə kapitan Emil Seyidov adlı polis əməkdaşı ona, "Get, cəriməni ödə, 100 manat da mənə ver, məhkəmədə işini həll edim" deyərək rüşvət alıb.

Tanınmış publisist hadisədən sonra Daxili İşlər Nazirliyinin, həmçinin Yasamal Rayon Polis İdarəsinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsa da, bir nəticəsi olmayıb.

Məsələni Qaynarinfo-ya şərh edən nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bunun hüquqi tərəflərindən söz açıb:

"Əgər gecikmiş cərimə varsa, yəni iki aydan çox gecikdirilibsə, cərimənin ödənilməsi üçün avtomobilin saxlanılması haqqında qərar çıxarılır. Cərimə ödənildikdən sonra isə hər şey avtomatik qaydada həll olunur. Burada heç bir saxlanılmadan, məhkəməyə göndərilmədən, vətəndaşın sürücülük hüququnun məhdudlaşdırılmasından söhbət gedə bilməz. "Ayının min oyunu var bir armudun üstündə" məsəli kimi bu prosedurların da hamısı cərimənin ödənilməsi üçündür".

Ekspert, həmçinin vətəndaşların dövlət qulluqçularına heç bir şəkildə ödəmə etməməli olduğunu qeyd edib:

Cərimələr də nağdsız formada banklarda, poçt şöbələrində, polis idarələrində quraşdırılmış ödəniş terminallarında, həmçinin mobil telefon vasitəsilə elektron kartının məlumatlarını daxil edərək də ödənilə bilər. Heç bir dövlət qulluqçusuna bir manat da olsun vermək olmaz. Çünki qanun buna yol vermir.

Məsələ ilə əlaqədar Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin (BŞBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov ilə əlaqə saxladıq. Qurum rəsmisi məsələ ilə bağlı məlumatsız olduğunu və faktı dəqiqləşdirdikdən sonra açıqlama verəcəyini bildirdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    sax · 16 İyun 13:4332

    yasamal rayonu DYP da en bespridel rayondur

    Cavab yaz
  • Anonim
    Aydlndl · 16 İyun 14:0710

    Qanunsuzluq edan cezaslnl oduyer.

    Cavab yaz
  • Anonim
    Rony · 16 İyun 14:1820

    Hər bir sürücü öz hüquqlarını bilməlidir. Yaxşı ediblər yol hərəkəti qaydalarını oxumayıb, digər yollarla "prava" alıblar. Amma heç olmasa inzibati xətalar məcəlləsini bir az vərəqləsinlər. Hüquqlarınızı və qanunvericiliyi bilin, o zaman sizə heç bir polis heç nə edə bilməz.

    Cavab yaz
  • Anonim
    Nardawa · 16 İyun 15:1541

    Bizde ruwvet var beyem???..inanmaqim gelmir,sakit durun AWPA ewider ayibdir...

    Cavab yaz
  • Anonim
    . · 16 İyun 15:5512

    Yalandi.Daha bu qədər də yox da.Polis rüşvət alırsa da bunu qanuni yollarla alir.Yəni nəsə bir qayda pozuntusunu əsas gətirərək.Daha durub burdaki kimi 100 manat verəcəksən demir

    Cavab yaz
  • Anonim
    & · 16 İyun 16:2221

    guya bu deputat ruwvet almir da

    Cavab yaz
  • Anonim
    mələy · 16 İyun 16:3142

    Salam. Nəsə bu polislər axır vaxtlar gündəmi zəbt eyləyib. Nə vaxt xəbərlərə baxırsan polisdən yazırlar. Amma polis yaxşı əməl etdikdə hec kəs ondan yazmır. Ancaq otursunlar pisləsinlər. Qanunu bilməyənlər maşın sürürlər sonra deyirlər belə. Qanunu bil sonra maşın sür.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.