Ölkə

Xaçmazda əqli və fiziki qüsurlu uşaqların pulsuz müayinəsi keçiriləcək

16 İyun 2017 10:07
Baxış: 1 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyinin və Narınc Uşaq Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə 20 iyun 2017-ci il tarixində Xaçmaz rayonunda aidiyyəti dövlət qurumlarının rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə "Gənc ailələrdə ailədaxili münasibətlər, milli-mənəvi dəyərlər və müasirlik!" adlı konfrans keçiriləcəkdir.

Qadın və Gənc Ailələrin Sosial İnkişafı İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, konfransın keçirilməsində əsas məqsəd, gənc ailələrdə ailədaxili münasibətlər, ailələrdə milli-mənəvi dəyərlərin qorunması, müasirliyin ailələrə gətirdiyi mənfi və müsbət təsirlər kimi maarifləndirici mövzuları müzakirə etməkdir.

Tədbirin sonunda əqli, fiziki və nitq qüsurlu uşaqlar üçün Narınc Uşaq Psixologiya Mərkəzinin həkim-psixoloq və loqopedləri tərəfindən pulsuz həkim müayinəsi keçiriləcəkdir. Xaçmaz rayonunda və ətraf kəndlərdə yaşayan fiziki problemləri olan uşaqların valideynləri pulsuz həkim müayinəsi barədə daha ətraflı məlumat üçün 070 8080179 mobil telefon nömrəsi vasitəsilə əlaqə saxlaya bilərlər.

Zərif Nisə
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.