Ölkə

Mingəçevirdə qeyri-adi bankomat - Bank vəziyyəti izah etdi - FOTO

14 İyun 2017 17:50
5 Şərh     Baxış: 4 339
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az-ın Mingəçevirdən olan oxucusu redaksiyamıza yaşadığı şəhərdə qeyri-adi formada quraşdırılmış bankomatlardan birinin fotoşəklini göndərib.

Onun sözlərinə görə, bu bankomat Mingəçevirdə "1941-1945-ci il xatirə abidəsi"nin yanındakı supermarketin girəcəyində quraşdırılıb. Lakin bankomat yerdən o qədər hündürdə yerləşir ki, ondan istifadə etmək mümkün deyil.

Bankomatın Azərbaycan Beynəlxalq Bankına məxsus olduğunu nəzərə alıb məsələ ilə bağlı bankın mövqeyini də öyrəndik. ABB-nin mətbuat xidmətinin rəhbəri Yadigar Cəfərli Milli.Az-a bildirib ki, həmin bankomat hələ istifadəyə verilməyib:

"O bankomat yeni quraşdırılıb və şəbəkəyə qoşulmayıb. Ona görə də hazırda istifadədə deyil. Yeni quraşdırıldığından hələ qarşısında pilləkən meydançası yoxdur. Bu həftənin sonuna qədər qarşısında pilləkən meydançası yaradılacaq. Bundan sonra bankomat müştərilərin istifadəsinə veriləcək".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.