Ölkə

"Maşın" şouda şok ayrılıq - O da getdi... - YENİLƏNİB

14 İyun 2017 22:35
13 Şərh     Baxış: 22 035
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22:35

Əməkdar artist Murad Dadaşovun aparıcılığı ilə bu gün də "Maşın" şounun final buraxılışı baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, rəqqasə Oksana Rəsulova şounu ilk tərk edib.

Belə ki, finalda İslam Mehrəliyev və Elcan Rəsulovla mübarizə aparan Oksana gözlənilməz addım atıb.

O, yorulduğunu deyərək əlini "Maşın"ın üzərindən götürüb:

"Ayaqlarım şişməyə başladı. Dayana bilmədim".

Qeyd edək ki, hazırda "Maşın" ətrafında heç kim yoxdur. Qalibin İslam və ya Elcanı olması hələ ki, bilinmir.

---------

18:01

Oksana Rəsulova "Maşın" şoudan ayrılıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, finalda İslam və Elcanla mübarizə aparan rəqqasə gözlənilməz addım atıb.

Belə ki, yorulduğunu bildirən Oksana yarışmada fəaliyyətini dayandırıb.

Şounun bugünkü buraxılışında sözügedən kadrlar yayımlanacaq.

Qeyd edək ki, Oskana Rəsulova yarışmanın ən iddialı iştirakçılarından idi.

-----------

16:28

Bu gün bəzi informasiya portallarında "Maşın şou"da finalçısı olan Elcan Rəsulovun şoudan getdiyi yazılıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, məsələ ilə bağlı şounun təşkilatçıları ilə əlaqə saxlayıb.
 
Onlar yayılan məlumatın dezinformasiya olduğunu və şou yaratmaq xatirinə yazıldığını deyiblər: "Bu yalan məlumatdır və bəzi saytlar İP yığmaq üçün belə addıma əl atırlar. Bildiririk ki, şoumuzla bağlı məlumat yalnız efir zamanı göstərilir. Bundan əvvəlki "Maşın"larda da belə olub, indi də belədir. Elcana qaldıqda isə, deyə bilərik ki, şouda hər 3 finalçı iştirakını davam etdirir".
 
Qeyd edək ki, "Maşın" şouda Oksana, Elcan və İslam yarışmanı davam etdirir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.