Ölkə

21 kredit təşkilatı BAĞLANDI

14 İyun 2017 10:56
0 Şərh     Baxış: 6 277
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 9 iyun 2017-ci il tarixli qərarına əsasən bir sıra kredit təşkilatlarının fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Palatadan məlumat verilib.

Bir il müddətində bank fəaliyyətinin həyata keçirilməməsi, iki hesabat tarixinə hesabatların təqdim olunmaması, təqvim ili ərzində təqdim etdiyi hesabatlarda azı iki dəfə təhrif olunmuş məlumatların daxil edilməsinin müəyyənləşdirilməsi və illik kənar auditin keçirilməməsi səbəbindən "Ağammədli", "Ağdaş", "Aqrovest", "Balıqçı", "Bənövşə", "Buta", "Fəqan", "Fidan", "Girdiman", "İnkişaf", "Meridian", "Mikrokredit", "Muxax", "Nihat", "Qarabağ-2010", "Şəmkir", "Şəmkir Aqro", "Zərqova", "Ziya" kredit ittifaqlarına və öz müraciətləri əsasında "A.F.S" və "KİV nümayəndələri" kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv edilib.

Həmçinin, fəaliyyətində yol verdiyi pozuntuların aradan qaldırılması barədə maliyyə bazarlarına nəzarət orqanının göstərişlərinə əməl olunmamasına görə "Norveç Mikrokredit" bank olmayan kredit təşkilatına verilmiş kreditlərin verilməsi üçün lisenziya ləğv edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.