Ölkə

Qəbələdə qasırğa qopdu: Kəndlər işıqsız qaldı - YENİLƏNİB - VİDEO - FOTO

9 İyun 2017 16:39
1 Şərh     Baxış: 2 539

16:39

Dolu, güclü külək və leysan Qəbələdə də fəsadlar törədib.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, rayonun Mıxlıqovaq, Xırxatala, Tikanlı, Bum qəsəbəsinə, Həmzəli, Qəmərvan kəndlərində 20 dəqiqəyə yaxın davam edən dolu kənd təsərrüfatına ziyan vurub.

Eləcə də evlərin damına ziyan dəyib. Ağacların iri budaqlarını qırılaraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşıb, bəzi kəndlərə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb.

Rəsul Rəsulov - Sakin: "Axşam saat 7 olardı. Güclü tufan gəlib, ağacı aşırdı damın üstünə. Güclü leysan yağdı. Evlərin hamısı suyun içindədir, nə varsa islandı. Özümüz həyətdə idik ağac aşanda".

Hazırda dəyən ziyan araşdırılır.

------------

16:06

Dünən güclü küləklə müşayiət olunan dolu və leysan Qəbələ rayonunda təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Milli.Az sputnik-ə istinadən xəbər verir ki, axşam saatlarında rayonun Mıxlıqovaq, Xırxatala, Tikanlı, Bum, Həmzəli, Qəmərvan kəndlərinə dolu və güclü yağış yağıb, qasırğa qopub.

Təxminən 20 dəqiqə yağan dolu və tüğyan edən qasırğa, meyvə-tərəvəz bağlarına və əkin sahələrinə, eləcə də evlərin damlarına və şəxsi təsərrüfatlara ciddi ziyan vurub. Külək ağacların budaqlarını sındıraraq elektrik naqillərinin üstünə və avtomobil yollarına aşırıb. Təbii fəlakət nəticəsində bəzi kəndlərə elektrik verilişi dayanıb. Nəticədə çaylarda suyun səviyyəsi artıb, bəzi həyətyanı sahələri, yolları su və lil basıb.

Bundan əlavə, kəndlilərin otlaq və taxıl sahələrinə, meyvə bağlarına ziyan dəyib. Hazırda aidiyyəti qurumların nümayəndələri vəziyyəti araşdırıb, dəymiş ziyanı hesablayırlar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
"Tufan ağacı damın üstünə aşırdı" - Dolu Qəbələyə ciddi ziyan vurdu

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    QQ · 9 İyun 22:2200

    Vay .vay .Qebeleye ne vaxt yagib dolu .Durum zeng eleyim gorum necedi veziyyet .

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.