Ölkə

Hər kəs təklif verə bilər - "Azersky"ın təsvirlərindən istifadənin təşviqi üçün

26 May 2017 17:52
0 Şərh     Baxış: 4 032

"Azərkosmos" ASC  "Azərbaycanın davamlı inkişafı naminə Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi" layihəsinin ikinci mərhələsini elan edir. Layihənin keçirilməsində əsas məqsəd "Azersky" peykindən əldə olunan təsvirlərin ölkə daxilində istifadəsini təşviq etmək və Azərbaycanda Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin inkişafına təkan verməkdir.

"Azərkosmos" ASC Korporativ kommunikasiya departamentindən Milli.Az-a verilən məlumata görə, layihə çərçivəsində elmi tədqiqat institutları, universitetlər, elmi tədqiqatla məşğul olan digər qurumlar, həmçinin  hüquqi və ya fiziki şəxslər öz təkliflərini təqdim edə bilərlər. Təkliflər 31 iyul 2017-ci il tarixinədək qəbul olunacaq.

"Azərkosmos" ASC 29 sentyabr 2017-ci il tarixinədək qaliblər təkliflərindəki tələblərə uyğun olaraq "Azersky" peyki vasitəsi ilə çəkilmiş təsvirlərlə təmənnasız təmin edəcək. Qalib təkliflərin seçimi zamanı layihənin "Azersky"dan alınan məlumatların yaradıcı formada istifadəsi və təklifin icrasının mümkünlüyü, ölkənin davamlı inkişafı naminə elmi təyinatlı olması, innovativlik kimi meyarlar nəzərə alınacaq.

Layihə barədə ətraflı məlumatı "www.azercosmos.com" internet səhifəsindən və (012) 565 00 55 (daxili 216) nömrəsi ilə əlaqə saxlayaraq almaq olar.

Qeyd edək ki, "Azersky" peykinin təsvirlərindən elektron kənd təsərrüfatının qurulmasında və kənd təsərrüfatı məhsullarının monitorinqində, xəritəçəkmədə, hasilat, infrastruktur, planlaşdırma və monitorinq işlərində, kadastr məlumatlarının yenilənməsində, dənizdə və quruda neft çirklənmələrinin tədqiqində, eləcə də müdafiə və təhlükəsizlik sahələrində istifadə olunur.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.