12:31
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında sərbəst güləşçilərimiz qələbələrini sıralayır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Hacı Əliyev yarımfinalda iranlı Məsud İsmayılpurla qarşılaşıb.
Gərgin keçən döyüşdə H.Əliyev rəqibini mübarizədən kənarlaşdıraraq finala yüksəlib - 8:1.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
----------
11:34
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız 1/4 finalda Tociddin Xocayevlə qarşılaşıb.
H.Əliyev bu dəfə də vaxtından əvvəl qələbə qazanıb - 10:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
-----------
10:48
Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir sərbəst güləşçimiz mərhələ adlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, 61 kq çəki dərəcəsində çıxış edən idmançımız Hacı Əliyev 1/8 finalda Türkmənistan təmsilçisi Saparmurad Muradovla qarşılaşıb.
H.Əliyev rəqibini cəmi 2 dəqiqəyə - vaxtından əvvəl məğlub edib - 10:0.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az