Ölkə

1000-dən çox sürücü cərimələndi

20 May 2017 10:25
0 Şərh     Baxış: 858
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mayın 5-dən bu günə qədər Bakı - 2017 IV İslam Həmrəyliyi ilə əlaqədar paytaxt yollarında qadağan olunmuş xüsusi zolağa daxil olan 1000-dən çox sürücü cərimələnib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, paytaxt yollarında bəzi hallarda yol polislərinin icazəsi ilə sürücülərin həmin zolaqlara çıxmasına icazə verilir:

"Ərazidə tıxac və sıxlıqlar yaranması üçün bəzi hallarda yol polisləri sürücüləri həmin zolaqlara yönəldir və bu halda onlara protokol tərtib olunmur. Digər hallarda isə icazəsiz zolağa daxil olan avtomobillərin sürücüləri cərimələnir".

K.Əliyev bildirib ki, paytaxt sürücülərinə bununla bağlı müraciət edəndən sonra onlar bu qaydalara riayət edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.