65 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz Məhəmməd Müslümov həlledici görüşdə iranlı Meysam Nasiri ilə üz-üzə gəlib.
Milli.Az Trend-ə istinadən bildirir ki, gərgin keçən qarşılaşma M.Nasirinin qələbəsi ilə başa çatıb - 3:5.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Milli.Az