Ölkə

11 aylıq körpə ipdən sallanmış halda tapıldı - TƏFƏRRÜAT

19 May 2017 17:36
8 Şərh     Baxış: 2 692
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçayda azyaşlı körpənin ölümü ilə bağlı bəzi təfərrüatlar bəlli olub.

Milli.Az xəbər verir ki, çayarxı kənd bələdiyyəsindən lent.az-a verilən məlumata görə, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Mahmudov Hüseyn Səbuhi oğlu 2016-cı il iyulun 13-də dünyaya gəlib. 11 aylıq imiş.

Hüseyn evdə jalüz pərdəylə oynayarkən pərdə ipi onun boğazına dolanıb. Boğulma həddinə çatan körpəyə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilsə də, onu xilas etmək mümkün olmayıb. Hüseyn bu gün dəfn edilib.
 
Göyçay rayon polis şöbəsindən lent.az-a verilən məlumata görə, hadisə baş verən an uşağın anası digər otaqda iş görürmüş. Körpə pəncərənin önündə stulun üstünə çıxıb. Stul aşan zaman uşaq yıxılıb və boğazı keçib jalüzün ipinə. Uşaq eləcə sallanmış vəziyyətdə qalıb.
 
O da bildirilib ki, Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.