Ölkə

Azərbaycan İslamiadada 60-cı qızıl medalını qazandı

19 May 2017 17:27
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qadınlar arasında 10 m platformadam suya tullanma yarışında təmsilçimiz Olqa Bıkovskaya qızıl medal qazanıb.

Bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır.

İkinci yeri indoneziyalı Della Harimurti, üçüncü yeri isə Sinem Sağlam tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.