Ölkə

Ata və ana qəzada öldü, qudalar məhkəmədə - Uşağa görə

18 May 2017 15:18
14 Şərh     Baxış: 7 451

Ötən yay Kürdəmir rayonunda ata ilə ananın qəzada ölməsindən sonra onlardan yadigar qalan 2 aylıq körpəni qudaları məhkəmə önünə çıxarıb. Belə ki, 2016-cı il avqustun 5-də həkim Əli Əkbərovun idarə etdiyi "KİA" markalı minik avtomobil "VAZ" markalı maşınla toqquşub. Nəticədə, Ə.Əkbərov və həyat yoldaşı Leyla Salahova vəfat edib. 2 aylıq ovladları Yunus isə yaralansa da, xilas edilib.

Milli.Az xəbər verir ki, mərhum Ə.Əkbərovun atası Əsəd Əkbərov qafqazinfo-ya müraciət edərək bildirib ki, 2 aylıq körpənin hansı tərəfdə qalması aylardır davam edən məhkəmə çəkişmələrinə səbəb olub: "Qəzadan 12 gün sonra Yasamal rayon icra hakimiyyətinə müraciət edib nəvəmin mənim qəyyumluğuma verilməsi barədə razılıq aldım. Sonra Sabirabad rayonunda yaşadığım kəndə gəldim. Qızım var, 8 ildir ailə qurub, amma övladı olmur. Təzə ev də tikmişdik. Evi də, nəvəmi də qızıma verdim. Doqquz aydır uşağı qızım saxlayır. Rəhmətlik gəlinimin bacısı İradə Salahova sonradan Yasamal icra hakimiyyətinə müraciət etdi ki, qəyyumluq düzgün verilməyib. Orada iş yenidən araşdırıldı və qərarın düzgün verildiyini qeyd edildi. Onlar icra hakimiyyətinin sərəncamını ləğv etdirmək üçün 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət etdilər. Məhkəmə sərəncamı qüvvədə saxladı. Bu vaxt qızım Sabirabad rayon məhkəməsinə müraciət edərək nəvəm Yunusu övladlığa götürmək istədiyini bildirmişdi. Qəyyumluq idarəsi qızımın maddi vəziyyətini yoxlayandan sonra uşağın övladlığa verilməsinin mümkünlüyü barədə rəy verdi. Bunun ardınca İradə Salahova da uşağı övladığa götürmək üçün müraciət etdi. Onun mənzil şəraiti ilə bağı arayış verildi, qeyd olundu ki, onun yaşadığı mənzil 2 otaqlı, 41 kvadratdır, su da qrafiklə verilir. Mənzildə İradə Salahova, onun əri və 5 yaşlı qızı yaşayır. Övladlığa götürülmənin mümkün olub-olmadığı barədə rəy verilmədi". 

Ə.Əsədov iddia edir ki, prosesin sonuna yaxın hansısa vəzifəli şəxs işə müdaxilə edib və qanunsuz qərar çıxarılmasına səbəb olub: "Bizim məhkəməmiz bir neçə ay davam etdi. Hakimə kimlərsə təzyiq edirdi ki, uşaq xalasına verilsin. Hakim Namiq Qarayev qərar verməyə çətinlik çəkirdi. Çünki qanun mənim tərəfimdə idi. Hakim məhkəməni uzatdı ki, bəlkə mən ona təzyiq edən adamlara çıxa biləm, onu da edə bilmədim. Sabirabad rayon icra başçısı Nizami Süleymanovla görüşdüm, o mənə hakimlə danışıb köməklik edəcəyini dedi. Amma danışsa da, kömək edə bilmədi. Göstərişi verən daha yuxarı vəzifəli şəxs idi. Mayın 15-də məhkəmə uşağın İradə Salahovanın övladığına verilməsi barədə qərar verdi".

Ə.Əkbərov qeyd edib ki, qərarda qeyd olunub ki, Ə.Əkbərovun qızının ailəsinin daimi gəliri yoxdur, İ.Salahova isə aylıq maaş alır: "İradə Salahovanın əri sahibkardır, özü isə Müdafiə Sənayesi Nazirliyində işləyir".

Hazırda uşağın onlarda olduğunu deyən Ə. Əkərov apelyasiya şikayəti verdiyi üçün məhkəmə qərarınn icra olunmadığını qeyd edib.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

14 Şərh:

  • Anonim
    Yağmur · 18 May 15:2500

    Arada

    Cavab yaz
  • Anonim
    Yağmur · 18 May 15:2840

    Arada qalan yazıq uşaqdır. Yeqin hamı mülk davası edir

    Cavab yaz
    • Anonim
      Rauf · 21 May 19:2900

      mulk davasi eden xalasidir

      Cavab yaz
  • Anonim
    teselli · 18 May 15:3060

    ne olarki bir yerde boyudesiniz mehribanciligla. hami bir birine dusmen kesilib

    Cavab yaz
  • Anonim
    Musviq · 18 May 15:3270

    Allah rehmet elesin dunyasin deyismis insanlara.Ortada balaca bir usaq qalib O Ailenin tek yadigari El ele verib o usagi boyutmek lazimdir

    Cavab yaz
    • Anonim
      Sema · 18 May 16:4651

      İrade xanım senin qızın var.amma bacının baldızının övladı olmur indiye kimi de o saxlıyıbsa yazıq deyil əlinnen alırsız.

      Cavab yaz
  • Anonim
    Abbas · 18 May 15:5010

    Nedense usaq son zamanlar qohumluq munasibeti pozulanda elde bir birine tesir vasitesine cevrilir hami ozunu nufuzunu dusunur cenablar gelin usaqlari dusunun oyunlariniza onlari alet etmeyin

    Cavab yaz
  • Anonim
    sade vetendaw · 18 May 15:51110

    Uwaq atanin qohumunda qalmalidi..qanun bunu deyir..eger imkan varsa lap eladi..uwagin xalasi bu iwe ne dexli..beyem rehmetlikler uwagin xalasinin evinde qalirdilar..burda ne ise miras sohbeti var deye hami el ayaga duwub verin uwagi ata babasina gedin iwinizle mewgul olun.

    Cavab yaz
    • Anonim
      Jale · 18 May 17:5960

      Yetimin mirasindan kim xeyir gorecek ki?

      Cavab yaz
  • Anonim
    Jale · 18 May 17:3160

    Mehkeme duzgun teyin edib.. Ushagin ushaqli xaladansa. , ushagi olmayan bibiye verilmesi daha mesleherdir.. Hem ata vetenindedir, hem de yegane ovlad kimi chox sevilecek. , Xala ne desede. , hech kim bashqa ushagi ozununkunden artiq isteye bilmez. Ushaqlar arasindada daima qisqancliq olacaq.

    Cavab yaz
    • Anonim
      Sema · 18 May 21:1430

      Düz deyirsiz.uşaq bibinin olmalıdır.

      Cavab yaz
  • Anonim
    Orxan · 18 May 20:3910

    Yoldas leytinant ekberov allah sene rehmet elesin.men xidmet etdiyim h.h de tibb menteqe resi olub.sonra bakida qonsum.deyerli insan idin.

    Cavab yaz
  • Anonim
    QQ · 18 May 23:4210

    Men bilen usaq ata terefde bibide qalmalidir .Ozude usagi yoxdur deye bibi ona goz bebeyi kimi baxacaq .

    Cavab yaz
  • Anonim
    Rauf · 21 May 19:2800

    Dostlar, Əlinin atasinin etdiyi mubarize miras davasi deyil tanimadan serh yazmayin. Miras davasi eden xalasidir, Əlinin atasina usaq lazimdir yegane tesellisi odur. Əli həkim mənim xalamoğludur ve bu prosesleri yaxindan bilirem

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.