Ölkə

Bakının mərkəzində insident: polisin üzərinə bıçaq çıxardı

18 May 2017 13:26
0 Şərh     Baxış: 1 720

Bakıda oğurluğa cəhd etmiş şəxs polisə müqavimət göstərib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, mayın 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Diplomatik Nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taborunun əməkdaşları polis serjantları Ramin Qədimov Rüstəm Məhərrəmov paytaxtın Yasamal rayonu ərazisində yerləşən xarici dövlətlərdən birinin səfirliyində xidmət apararkən Hüseyn Cavid prospektindəki "Favorit" supermarketdən bir nəfərin çıxıb qaçmağa üz tutduğunu və marketin işçilərinin "oğrunu saxlayın" deyə kömək istədiyini görüb. Polis əməkdaşları onu saxlamaq istəyəndə həmin şəxs cibindən bıçaq çıxararaq müqavimət göstərməyə çalışıb. Polislər həmin şəxsi silahsız özünümüdafiə fəndi ilə tərksilah edərək zərərsizləşdirib, bıçaqla birlikdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil veriblər.

Polis Bölməsində aparılan araşdırma zamanı hadisəni törədən şəxsin Şabran rayon sakini Ramin Paşayev olduğu, həmçinin onun əvvəllər narkotik vasitələrin satışı və soyğunçuluq maddələri ilə iki dəfə məhkumluq həyatı yaşaması da  müəyyən edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.