Ölkə

Atletimizdən gümüş medal - Bakı-2017

17 May 2017 18:00
Baxış: 598
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Olimpiya Stadionunda IV İslam Həmrəyliyi Oyunlarının atletika yarışları keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, atletimiz Rahib Məmmədov kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış üzrə yarışın finalında gümüş medal qazanıb - 14,18 saniyə.

Qızıl medal Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medal isə İraq təmsilçisi Mohammed Sad Al-Xfaci yiyələnib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.