Ölkə

Nazir: "Azərbaycanda torpaqların kütləvi analizinə başlanılacaq" - YENİLƏNİB

17 May 2017 13:03
0 Şərh     Baxış: 632

13:03

Azərbaycanda torpaqların kütləvi analizinin həyata keçirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin 15 regional mərkəzində laboratoriyaların quraşdırılması başa çatmaq üzrədir. 

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə nazir Heydər Əsədov məlumat verib. 

"Türkiyə və digər 3 ölkə ilə treninqlər də başa çatır və yaxın bir neçə ay ərzində torpaqların kütləvi analizinə başlanacaq. Həmin analiz əsasında rayonların ixtisaslaşması mümkün olacaq. Hardasa hansısa bitkinin əkilməsi yalnız zəruri təhlilllər aparıdıldıqdan, torpağın tərkibi öyrənildikdən sonra həyata keçiriləcək, ixtisaslaşma üçün müvafiq təkliflər veriləcək". 

Nazir onu da bildirib ki, bu ilin ilk 4 ayında kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin eyni dövrünə nisbətən 44% artıb: "Xüsusən də bitkiçilik məhsulları və meyvə-tərəvəz məhsulları ixracda diqqət çəkir. Davamlılığına gəlincə, məhsul ixracının həcminin ilbəil daha iri miqyasda artırılmasını gözləyirik və hədəfləyirik".

----------

12:26

"2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 44 faiz artıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu 23-cü "Qida sənayesi" beynəlxalq sərgisinin açılış mərasimində Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.