Ölkə

"Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb"

16 May 2017 17:39
Baxış: 1 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"IV İslam Həmrəyliyi Oyunlarının açılışı çox yüksək səviyyədə təşkil edilmişdi. Açılışın bu səviyyədə keçirilməsi mənim üçün gözlənilməz idi. İdmançıların təntənəli yürüşünü həyəcan və sevinclə izlədim. Deyə bilərəm ki, hər şey Olimpiya Oyunlarına oxşayırdı. Tədbirin təşkilati məsələləri də çox xoşuma gəldi. Bəlkə də Azərbaycandakı kimi İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə açılışı təşkil olunmayıb".

Milli.Az palitranews-a istinadən xəbər verir ki, bu fikirləri Özbəkistan və Azərbaycanda tanınmış güləşçi, aktiv diaspor üzvü Mais İbadov səsləndirib.

M.İbadov dedi ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına məsuliyyətlə hazırlaşıb: "Yüksək təşkilatçılığa və hazırlığa görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Artıq iki gündür ki, gedib yarışları izləyirəm. Oyunlarının keçiriləcəyi idman qurğularının tikintisi və təkmilləşdirilməsi dünya standartlarına uyğun və yüksək keyfiyyətlə aparılıb. IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülərin də aktivliyi hiss olunur".
Onun sözlərinə görə, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycana həvalə edilməsi dövlətimizin idman tarixinə növbəti uğur kimi yazılacaq: "Azərbaycan hələ 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etməklə öz gücünü bir daha sübut etdi. Bu cür mötəbər yarış Azərbaycana böyük imic qazandırdı. IV İslam Həmrəyliyi Oyunları da bu işin davamıdır. Artıq yenə də bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Belə yarışlar idmançıların məsuliyyətini artırır. İnanıram ki, Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə keçirəcək". 

M.İbadov Özbəkistan idmançılarının da yarışlardan çox razı qaldıqlarını bildirdi: "Özbəkistan idmançıları ilə görüşdüm. Onların fikirlərini öyrəndim. Hətta idmançılar Özbəkistandan mənim üçün də idman geyimi gətiriblər ki, onlara mənəvi dəstək olum. Özbəkistan komandasının yarışların təşkilatçılığı ilə bağlı təəssüratları çox müsbətdir". 

Tanınmış güləşçi onu da əlavə etdi ki, Özbəkistan idmançıları yarışlara çox yaxşı hazırlaşıblar: "Komanda yarışlara hazırlıqlı gəlib. Ümumi olaraq İslam Həmrəyliyi Oyunlarında Özbəkistandan 100-ə yaxın idmançı iştirak edir. Onlardan 8-i sərbəst güləş üzrə yarışacaq. Bütün idmançılar Özbəkistanda yüksək nəticələr göstəriblər. Onların arasında Olimpiya Oyunlarında (İxtiyar Novruzov, Beqzad Abdulrahmanov və s.) iştirak edənlər də var. İdmançıları Səlim Abdulvəliyev, Şoxrat, Aleksandr İvanoviç və s. məşqçilər yarışlara hazırlayır. Hər bir idmançıya uğurlar arzu edirəm. Kim güclüdürsə, o qalib gəlsin". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.