Ölkə

Əcnəbilərin dini təbliğat aparması qadağan olunur

16 May 2017 14:39
0 Şərh     Baxış: 360

"Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər edilib. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. O qeyd edib ki, qanunun 3 maddəsinə dəyişikliklər təklif olunur. Belə ki, qanunun 1. 1-ci maddənin dördüncü hissəsinin "dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır" şəklində verilməsi təklif olunur. 21-ci maddənin üçüncü hissəsinin ikinci cümləsi isə  "xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər" cümləsi əlavə edilir. 

24-cü maddənin ikinci hissəsi isə "vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir" şəklində ifadə olunacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.