Ölkə

Deputatlar 10 məsələni müzakirə edir

16 May 2017 12:31
0 Şərh     Baxış: 624
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Məclisinin (MM) növbəti plenar iclası başlayıb.

Milli.Az report-a istinadən xəbər verir ki, parlamentin sədri Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 10 məsələ daxildir.

Bunlar Şəhərsalma və Tikinti Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, "Məhkəmə-Hüquq Şurası haqqında", "Pasportlar haqqında", "Telekommunikasiya haqqında", "Dini etiqad azadlığı haqqında" qanunlara dəyişiklik layihələridir.

Bundan başqa, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" və "Bələdiyyə üzvlərinin etik davranış qaydası haqqında" qanun layihələri ikinci oxunuşda, "Kabel şəbəkəsi yayımı haqqında" qanun layihəsi isə ilk oxunuşda müzakirəyə çıxarılacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.