Ölkə

Cüdo komandamız İslamiadanın qalibi oldu - 29-cu QIZIL - YENİLƏNİB

15 May 2017 17:02
4 Şərh     Baxış: 1 189

17:02

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kişi idmançılardan ibarət cüdo yığması qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, finalda əlcəzairli cüdoçularla qarşılaşan təmsilçilərimiz gərgin döyüşlərdə qalib gəliblər - 3:2.

Bununla da İslam Həmrəyliyi Oyunlarında Azərbaycan qızıl medallarının sayını 29-a çatdırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

----------

12:47

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarının yarımfinalında tatami üzərinə çıxıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu dəfə komandamızım rəqibi Özbəkistan komandası olub.

Azərbaycan komandası görüşü 4:1 hesabı ilə qazanaraq finala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Kubinec · 15 May 17:1600

    Qizil medallarin sayi 29 olub ? yoxsa umumi medallarins sayi

    Cavab yaz
    • Anonim
      Niko · 15 May 17:4200

      xeyr tekce qizil o qederdi umumi 29qizil 22gumus 11burunc BAKU 2017 bu sehifede melumat var

      Cavab yaz
  • Anonim
    Nigar-MAMAMA!! · 16 May 07:3810

    Sən bu dünyada gördüyüm ən gözəl,ən şirin,ən mükəmməl və bütün gözəl xasiyyətləri özündə birləşdirən bir insansan.Sən mənim bu dünyada hərşeyimsən.Sənin var oluşun mənim üçün o qədər qiymətlidir ki..Mən çox vaxt fikirləşirəm ki,görəsən bu dünyada mənim qədər şanslı insan var?Təbiki də həmişə cavabım "yox"olur.Mənim çox şeydə şansım olmasa da,sənin mənim anam oluşun mənim üçün ən böyük şansdır.Sən mənim gələcəkdə olmaq istədiyim insansan.Bu dünyada hər birşeyin başında "güvən"durur.Mənim isə bu dünyada ən çox,hətta özümdən belə çox güvəndiyin insan sənsən.Mən yaxşı ki,sənin qızın olaraq dünayaya gəlmişəm.Buna görə Allaha sonsuz şükürlər olsun.Allah məni,sənin qızın olaraq bu dünyada yaratdığına görə bilirəm ki,Allah məni çox istəyir.Çünki,belə qüsursuz bir insanın qızı olmaq hər bir insanın başına gəlmir.Bu sadəcə mənim və qardaşlarımın başına gəldiyinə görə bilirəm ki,Allah məni və qardaşlarımı çox istəyir.Mən də Allahı mənə verdiyi bütün gözəllikləri üçün çox istəyirəm(gözəlliklərdən ən başlıcası sənsən)

    Cavab yaz
  • Anonim
    Nigar-MAMAMA!! · 16 May 08:5910

    Sən bu dünyada gördüyüm ən gözəl,ən şirin,ən mükəmməl və bütün gözəl xasiyyətləri özündə birləşdirən bir insansan.Sən mənim bu dünyada hərşeyimsən.Sənin var oluşun mənim üçün o qədər qiymətlidir ki..Mən çox vaxt fikirləşirəm ki,görəsən bu dünyada mənim qədər şanslı insan var?Təbiki də həmişə cavabım "yox"olur.Sənin mənim anam oluşun mənim üçün ən böyük şansdır.Sən mənim gələcəkdə olmaq istədiyim insansan.Bu dünyada hər birşeyin başında "güvən"durur.Mənim isə bu dünyada ən çox,hətta özümdən belə çox güvəndiyin insan sənsən.Mən yaxşı ki,sənin qızın olaraq dünyaya gəlmişəm.Buna görə Allaha sonsuz şükürlər olsun.Allah məni,sənin qızın olaraq bu dünyada yaratdığına görə bilirəm ki,Allah məni çox istəyir.Çünki,belə qüsursuz bir insanın qızı olmaq hər bir insanın başına gəlmir.Və məndən yüzminlərcə soruşsalar ki'dünyaya yenidən gəlsəydin kimin qızı olmaq istəyərdin?'mənim cavabım yenə SƏN olacaqsan.Yaxşıki varsan mamam və yaxşı ki mənim mamamsan.Mən səni çox istəyirəm,MAMA.21 iliniz mübarək.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.