Ölkə

Sulu qəlyandan istifadə də məhdudlaşdırılır

27 Aprel 2017 12:51
0 Şərh     Baxış: 6 488

Azərbaycanda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyandan istifadə də qadağan olunur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisdə ikinci oxunuşda müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsində əksini tapıb.

Bu gün MM-də "Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi" mövzusunda keçirilən dəyirmi masada bildirilib ki, layihənin birinci oxunuşunda tütünün qadağan olunduğu yerlərdə sulu qəlyanın da qadağan olunması barədə səslənən təkliflər nəzərə alınıb və bununla bağlı qanun layihəsinin 1-ci maddəsində dəyişiklik edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.