Ölkə

Xanım deputatla komitə sədri arasında mübahisə - "Oxumağı da yaxşı bilirəm"

21 Aprel 2017 16:16
10 Şərh     Baxış: 9 754

Azərbaycan Milli Məclisinin Reqional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputatlar arasında mübahisə düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, iclasda "Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında" qanunun layihəsinin müzakirəsi zamanı Fəzail İbrahimli deyib ki, bu qanun layihəsi ətrafında suallar bilgisizlikdən ortaya çıxır: "Bu qanun layihəsi normal şəkildə hazırlanıb. Əgər oxusanız, görərsiniz ki, sualların cavabı burada əksini tapıb. Cəza tədbirlərinin görülməsi ilə bağlı suallar daha çox verilir. Qanun layihəsində bu da əks etdirlib. Bələdiyyə üzvləri davranışlarında diqqətli olmalıdırlar".

F.İbrahimlinin bu mövqeyi deputat Qənirə Paşayevanın etirazına səbəb olub. Qanun layihəsini tam oxuduğunu deyən deputat bəzi məqamlarla razılaşmadığını qeyd edib: "Qanun layihəsinin 17.2-ci maddəsindəki qeyd edilir ki, intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün şəxsiyyəti, nüfuzu, peşəkarlıq səviyyəsi, onun törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır. Bu necə ola bilər. Hansısa bələdiyyə üzvü xəta törədibsə, burada nüfuz və peşəkarlıq nə rol oynaya bilər ki? Bu məqamla razı deyiləm. Qanun layihəsini də oxumuşam, qaranlıq məqamlarla bağlı da suallar vermişəm. Oxumağı da yaxşı bilirəm".

F.İbrahimli isə deyib ki, qanun layihəsində o maddənin olmasını diqqətini çəkməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

10 Şərh:

  • Anonim
    shahmurad · 21 Aprel 16:3450

    Qənirə xanım düz deyir.

    Cavab yaz
    • Anonim
      Ayten QOca · 21 Aprel 17:1230

      duppeduz deyir

      Cavab yaz
  • Anonim
    Roya · 21 Aprel 17:0940

    Qenire xanim hemise haqlidi.cox hormetim var bu xanima esil Turk qizidi.

    Cavab yaz
  • Anonim
    edo · 21 Aprel 17:1040

    Qanira xanim pravdi

    Cavab yaz
  • Anonim
    Səma · 21 Aprel 17:5110

    Qənirə xanım düz deyir də

    Cavab yaz
  • Anonim
    oxucu · 21 Aprel 17:5531

    ölkədə 2 nəfər Fəzail adında adam var ikisi də deputatdı.

    Cavab yaz
    • Anonim
      Oxucuya · 21 Aprel 18:4430

      )))))) duwerli addi gerek neveme verem bu adi

      Cavab yaz
    • Anonim
      asi · 21 Aprel 18:4500

      Aşıq da var).

      Cavab yaz
  • Anonim
    əli · 21 Aprel 18:0030

    QƏNİRƏ xanım düz deyir,o cümlə belə olmalı idi:intizam tənbehi tətbiq edilərkən, bələdiyyə üzvünün törətdiyi xətanın xarakteri nəzərə alınmalıdır.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.