Ölkə

Bakıda sürücü ilə polis arasında mübahisə: "Ə deyirəm sənədini..." - VİDEO

21 Aprel 2017 14:37
7 Şərh     Baxış: 2 508

Bakıda sürücü ilə YPX əməkdaşı arasında mübahisə kameraya düşüb. 

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, Masazır yolunda gizli radar quraşdıran polis əməkdaşlarına yaxınlaşan sürücü etiraz edib. Polisə irad tutan sürücü gizli radar quraşdırılmasının düzgün olmadığını bildirib. Buna cavab olaraq polis sürücüdən sənədlərini təqdim etməyi tələb edib. 
 
Qeyd edək ki, radarla bağlı ekspert Ərşad Hüseynov bir müddət öncə açıqlama vermişdi. Mütəxəssis hesab edir ki, radarlar istənilən yerdə hətta 100 metrdən bir də quraşdırıla bilər:
 
"Sürücü yolda radarların olmasından niyə narahat olmalıdır ki? Bəlkə heç yolda radar yoxdu. Sən qaydalara əməl et. Yanaşma bu cür olmalıdır. Bizdə radarlarla bağlı çox yanlış yanaşmalar var. Elə bilirlər ki, yola radar quraşdırıblar ki, kimisə güllələyələr. Radarları sürücülər sürət rejimini pozmasın, qəzalar baş verməsin deyə quraşdırıblar. Çünki baş verən qəzaların böyük əksəriyyəti sürücülər sürət həddini aşdığı üçün baş verir. İndi düzdü kimlərsə ondan başqa məqsəd üçün istifadə edirsə bu tamam başqa bir söhbətin mövzusudur. Konkret olaraq desək yolda radarın hansı məsafədən bir qoyulmasına dair heç bir meyar yoxdur. Bu heç kimi narahat etməməlidir. Siz qaydalara riayət edin. Harda radarın olub olmaması sizi narahat etməsin". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

7 Şərh:

  • Anonim
    . · 21 Aprel 14:5741

    Allah səbr versin bu Polislərə.Hərə əlinə bir telefon alib öz aləmində özünün haqlı olduğunu çəkir.Birinci telefona çəkməzdən əvvəl qanunlari öyrənin ondan sonra danışın.İkincisi də siz məcbur edirsiniz ki,sizlə elə danışsınlar.Dislike lər başlasin.

    Cavab yaz
    • Anonim
      edik · 21 Aprel 15:3632

      Hansi qanundan qanun tek kasib cundu.bu olkede

      Cavab yaz
      • Anonim
        . · 21 Aprel 16:1120

        Mən sizi əmin eliyə bilərəm ki,qanunu bilin vəssalam.Hər sahədə.Öz qanunumuzu bilmirik deyə,rüşvət verib həll etdiririk,sonra da deyirik qanunsuzluqdur.Hara gedirsinizsə,sənəd arxasiyca,ya nəyə isə bir dövlət idarəsinə,əvvəlcə bizə vətəndaşa aid olan səlahiyyətləri bilin,vəssalam.Heç kəs sizə bata bilməz.

        Cavab yaz
  • Anonim
    ) · 21 Aprel 15:1222

    Görəsən ekspert Ərşad Hüseynov kimin əmioğlusudur

    Cavab yaz
  • Anonim
    bakili · 21 Aprel 17:2611

    el ile tutulan radar qanunsuzdur. hemde radardan once niwan olmalidirki ehtiyatli ol burda radar var

    Cavab yaz
  • Anonim
    azeri moskva · 21 Aprel 18:3201

    Yol polisine tabe olmur ppx čaqır protokol tertib ele! Belke bu adam axtarišda olan cineyatkardı sened korsetmir

    Cavab yaz
    • Anonim
      azeri maskvaya · 21 Aprel 20:2800

      Senin fikrin maskva Polislerine getmesin.Bura Azerbaycandi.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.