Ölkə

Atasını ürəyindən bıçaqlayan gənc zindana yox, dipanserə göndərildi

21 Aprel 2017 13:04
0 Şərh     Baxış: 1 287

Atasını öldürməkdə təqsirləndirilən 1999-cu il təvəllüdlü Kənan Qasımovun cinayət işi üzrə məhkəmə davam edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hakim qeyd edib ki, zərərçəkmişin hüquqi varisi Tamella Qasımova məhkəməyə teleqram vurub. O bildirib ki, hazırda Gədəbəy rayon Qoşabulaq kəndində yaşayır. Həmçinin onun cavan qızı dünyasını dəyişib, 3 uşağına baxır, Bakıya gəlməyə maddi imkanı yoxdur. 
 
Onun istintaqa verdiyi ifadə elan edilib. 
 
Məhkəmədə təqsirləndiriləm şəxsin nümayəndəsi, anası Xatirə Qasımova ifadə verib. O ifadəsində bildirib ki, oğlunda son vaxtlar psixi problemlər yaranıb: "Siqaret çəkməyə başlamışdı. Danışığını bilmirdi. Paltarlı şəkildə duşa girirdi. Hiss edirdik ki, nəsə problemlər var. Hətta xəstəxanaya yatırmaq istəyirdik. Atası qoymurdu. Hadisədən bir gün qabaq mənimlə dalaşdı. Gecədən səhərə qədər yatmadı. Səhər mən işə getdim. İşdə olan zaman ev yiyəsi dedi ki, atası ilə Kənan dalaşıb. Evə gəldim. Evdə nə Kənan, nə də yoldaşım vardı. Sabunçuya getdik. Ərim artıq ölmüşdü". 
 
Prokurorun suallarına cavablandıran Xatirə Qasımova bildirib ki, Kənan heç zaman atasına-anasına əl qaldırmayıb: "Son vaxtlar problemlər çoxalmışdı. Yoldaşımla onun yanında dalaşan zaman Kənan heç vaxt qarışmırdı. Yoldaşım da 4 ilə yaxın döyüşlərdə olmuşdu. Veteran idi. Əsəbi adam idi. Kənan üçün də həkimlər çağırırdıq. Həkimlər Kənanın xəstəxanaya yerləşdirilməsini demişdilər. Ərim qoymurdu, deyirdi, oğlum xəstə deyil. Bilməzdik, axırı belə olar". 
 
Hakimlərin suallarına cavab verən qadın bildirib ki, atası Kənanı çox istəsə də, onu incidirdi: "Kənanı sərbəst qoymurdu. Hər tərəfdən onu sıxırdı. Məktəbə tez-tez dalınca gedirdi"
 
Hakim X.Qasımovadan oğlunda şizofreniya xəstəliyi olduğunu bilib-bilmədiyini soruşub. 
 
Xatirə Qasımova isə oğlunun bu xəstəlikdən əziyyət çəkdiyini bilmədiyini deyib. 
 
Məhkəmədə sənədlərin tədqiqi mərhələsinə keçilib. 
 
Hakim elan edib ki, istintaq orqanı hadisə zamanı Kənan Qasımovun anlaqsız vəziyyətdə olduğunu müəyyən edib. 
 
Məhkəmə istintaqı başa çatıb.
 
Prokuror çıxış edərək, Kənan Qasımov barəsində ümumi tipli psixiatriya stasionarında məcburi  müalicə təyin edilməsini  istəyib. 
 
Məhkəmədə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən, Kənan Qasımovun cinayəti törədən zaman anlaqsız vəziyyətdə törədib və onun barəsində məcburi qaydada müalicə təyin edilib. Qərarın icrası 1 saylı Ruhi-Əsəb dispanserinə həvalə edilib. 
 
Qeyd edək ki, qətl keçən il oktyabr ayında Xəzər rayonunun Binə qəsəbəsi, Südçülük Sovxozunda baş verib. Gədəbəy rayon sakini 17 yaşlı Kənan Qasımov atası Qulu Qasımovun ürək nahiyəsinə bıçaq zərbəsi vurub. Məlumata görə, K.Qasımov hadisə baş verməzdən əvvəl psixoloji sarsıntı keçirib. Belə ki, o, bir neçə gün əvvəl təhsil aldığı liseydən yarımçıq çıxıb. Bundan sonra valideynləri K.Qasımovu mübahisəsi düşüb. Bundan əsəbiləşən K.Qasımov atasını öldürmək üçün mətbəxdən bıçaq götürərək atasının yanına gəlib. O, atasını bıçaqla ürəyindən vurmaq istəsə də, ürəyinin dəqiq yerini bilməyib. Bu səbəbdən yeniyetmə əlini öz ürəyinin üstünə qoyub. Bu üsulla o, atasının ürək nahiyəsini tapıb və bıçağı Q.Qasımovun ürəyinə sancıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.