Ölkə

70 yaşında evlənmək olar? - "Vallah, ayıbdır..." - VİDEO

21 Aprel 2017 12:07
4 Şərh     Baxış: 2 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 60 yaşdan sonra evlənən insanların sayı açıqlanıb. Ədliyyə Nazirliyinin rəsmi məlumatına əsasən, 2016-cı ilin 4 ayı ərzində kişilərdə 60 yaşdan yuxarı 128 nikah, qadınlarda 21, 70 yaşdan yuxarı kişilərdə 38 nikah, qadınlarda isə 5 nikah qeydə alınıb.

Təəssüf ki, yaşlı insanların evlənməsi bir çox hallarda cəmiyyət tərəfindən birmənalı qarşılanmır. "Bu yaşdan sonra evlənmək olar?!" deyə fikirləşənlər heç də az deyil. Belə düşüncəli insanlara daha çox bölgələrdə rast gəlmək olar. Şəhərdə isə mənzərə bir qədər fərqlidir.

Milli.Az xəbər verir ki, azvision.az bu mövzu ilə bağlı paytaxt sakinləri arasında sorğu keçirib.    

"Yaşlı insanların evlənməsinə necə baxırsınız?" sualına respondentlərin cavabı müxtəlif olub: "Sevgi azaddır, sevginin yaşı yoxdur", "Vallah, ayıbdır, oturub evdə nəvə-nəticələri ilə məşğul olsunlar".

Maraqlıdır ki, 80 yaşının olduğunu deyən şəhər sakini yarı zarafat, yarı ciddi bu yaşda evlənmək istədiyini gizlətməyib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

70 yaşında evlənmək olar? -

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.