Ölkə

Xalq şairinin prokuror oğlu İŞDƏN ÇIXARILDI

21 Aprel 2017 09:58
4 Şərh     Baxış: 6 017
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın prokurorluq orqanlarında yeni təyinatlar olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Qobustan rayon prokuroru Azər Vahabzadə prokurorluqda qulluqda olmanın yaş həddinə çatması ilə əlaqədar tutduğu vəzifədən azad olunub.
 
Bundan başqa, Tərtər rayon prokuroru Azər Hətəmov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon prokuroru, Tovuz rayon prokurorunun müavini Elçin Qəhrəmanov isə tutduğu vəzifədən azad edilərək Tovuz rayon prokuroru vəzifələrinə təyin ediliblər.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sayta faktı təsdiqləyib.

Qeyd edək ki, Azər Vahabzadə xalq şairi Bəxtiyar Vahabzadənin oğludur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.