Ölkə

Sahibkarlara 300 min manatdan artıq kredit verildi

20 Aprel 2017 20:48
0 Şərh     Baxış: 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini davam etdirir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, sahibkarlığa Kömək Milli Fondu bu sahədə növbəti işgüzar forumunu aprelin 20-də Tovuz rayonunun Düz Qırıqlı kəndində keçirib. Forumda 90-a yaxın sahibkar iştirak edib.

İşgüzar forum çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Tovuz rayonunun iqtisadi potensialına uyğun olaraq, iri fermer, cins heyvandarlıq, kartofçuluq, istixana və intensiv üzümçülük təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Forumda İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov Fondun özəl bölmənin inkişafı, regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

Forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Tovuz və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyeklərinə 309 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, üzümçülük, tərəvəzçilik sahələrinin inkişafına yönəldiləcək. Ümumilikdə isə, indiyədək Tovuz rayonundan olan 556 sahibkara 18,2 milyon manat güzəştli kredit verilib.

Qeyd edək ki, bu günədək Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 6200-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 232,4 milyon manat güzəştli kredit verilib.

Tədbr çərçivəsində Tovuz rayonunda dövlətin güzəştli krediti ayrılan kartofçuluq təsərrüfatına baxış keçirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.