Ölkə

Rəqsanənin qızı internetdə oğlanla yayılan videosundan danışdı

20 Aprel 2017 17:52
24 Şərh     Baxış: 6 408
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rəqsanənin qızı heç vaxt kluba getməz".
 
Milli.az xəbər verir ki, bu sözləri azxeber.com-a müğənni Rəqsanə İsmayılovanın qızı Aysun deyib.
 
O son günlər sosial şəbəkələrdə yayılan videosu haqda da danışıb: "O video klubda çəkilməyib, 2 il öncə mənim ad günümdə çəkilib. 10 nəfər xanımın içində oxumuşam. İndi bunu yalandan böyüdürlər. Rəqsanənin qızı heç vaxt kluba getməz və oxumaz. Mən oxuyanda özüm üçün oxuyuram. Müğənni deyiləm ki, gedib kiminsə restoranında, klubunda oxuyum. Bu şayiələri yığışdırsınlar. Boğaza yığılmışıq. Həmin il ad günümdə anam mənə maşın hədiyyə etdi."
 
Aysun videodakı bəyin kim olduğunu da açıqlayıb: "O şəkildəki insan mənim uşaqlıq dostumdur və mən onunla rəqs etmişəm. Mən ondan rəqs dərsləri alıram. Ondan da əlavə ailələrimiz neçə ildir ki, dostdur. Analarımız da yaxın rəfiqədir."
 
Qeyd edək ki, Aysunun klubların birində bəylə rəqs edərkən videoları yayılmışdı.
 
Həmin videonu təqdim edirik:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Rəqsanənin qızı gecə klubunda belə əylənd

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.