Ölkə

"Azərbaycanda bankların sayı 20-dək azalacaq"

20 Aprel 2017 15:23
2 Şərh     Baxış: 3 387
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bankların sayının azalması və ya azaldılması məsələsi yenidən gündəmdədir. Bizim monitorinqlərimiz də göstərir ki, hal-hazırda da öz funksiyalarını tam yerinə yetirə bilməyən banklar var. Əvvəlki illərdə proqnozlaşdırdığımız kimi, Azərbaycanda yaxın müddətdə bankların sayı 20-dək azalacaq".

Milli.Az xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı qeyd edib ki, prosesdə vətəndaşların ziyan çəkməməsi üçün sığortalanmayan əmanətlərin ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var: "Son müflisləşən 10 bankda sığortalanmayan əmanətlərin verilməsi ilə bağlı çətinliklər hələ də qalır. Doğrudur, sığortalanan əmanətlərin qaytarılmasında problemlər yoxdur, amma sığortalanmayan əmanətlərin verilməsi, eləcə də bank rəhbərlərinin məsuliyyət və öhdəliklərinin gücləndirilməsi ilə bağlı yeni mexanizmlərin işlənib tətbiq edilməsinə ehtiyac var. Bankların sayının azalması prosesinin ağrısız olması üçün isə bankların müflisləşməsi deyil, konsolidasiyasının təşviq edilməsi vacibdir".

İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.