Ölkə

4 ay əvvəl itkin düşən baxıcının meyiti tapıldı - FOTO

20 Aprel 2017 12:20
0 Şərh     Baxış: 2 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ucarda itkin düşən baxıcının meyiti tapılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, rayonun Qazyan kənd sakini, 1935-ci il təvəllüdlü Xəlil Əli oğlu Əliyevin meyiti bu gün səhər saatlarında yaşadığı kənd ərazisində aşkarlanıb. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
 
Qeyd edək ki, X.Əliyev ötən il dekabrın 29-dan 30-na keçən gecə evdən çıxıb və qayıtmayıb. Ertəsi gün mərhumun oğlu Qalib Əliyev rayon polisə atasının itkin düşməsi barədə ərizə ilə müraciət edib. Məlumata görə, X.Əliyev əvvəllər rayonda bərbər işləyib, son illər isə baxıcılıq edib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.