Ölkə

Valyutadəyişmə məntəqələri niyə açılır? - Səbəb açıqlandı

20 Aprel 2017 12:06
3 Şərh     Baxış: 1 783

Valyutadəyişmə məntəqələrinin yenidən açılmasının səbəbi ölkədə makroiqtisadi sabitliyin bərpa olunması ilə bağlıdır.

Milli.Az xəbər verir ki, bunu qafqazinfo-ya açıqlamasına Milli Məclisin İqtisadi siyasət, sənaye, sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili "Valyuta tənzimi haqqında" qanuna ediləcək dəyişikliklərdən danışarkən deyib.  

Millət vəkili xatırladıb ki, valyutadəyişmə məntəqələrinin əvvəllər spekulyativ fəaliyyət göstərmələri ölkədə valyuta kursunun qalxmasına gətirib çıxarmışdı: "Onların müəyyən qanunazidd fəaliyyəti aşkar olunmuşdu. Bu kimi hallar ölkənin makroiqtisadi sabitliyinə mənf təsir etmişdi. Ancaq indi ölkədə maliyyə sabitliyi bərpa olunub.  Hazırda qarşıda duran əsas məqsəd iqtisadi aktivliyin artırılmasıdır. 

Eyni zamanda məntəqələrin yenidən açılmasının səbəblərindən biri də ölkədə beynəlxalq səviyyəli tədbirlərin, idman yarışlarının keçirilməsidir. Bu tədbirlər nəticəsində ölkəyə böyük turist axının gəlməsi gözlənilir. Onların valyuta dəyişməsi üçün daha çevik şəraitin təşkil olunmasına ehtiyac var".

Deputatın sözlərinə görə, qanuna edilən yeni dəyişikliklərə əsasən bu fəaliyyət sahəsində sərt nəzarət tədbirləri həyata keçiriləcək: "Belə ki, əvvəlki spekulyativ fəaliyyətə bir daha yol verilməməsi üçün valyutadəyişmə məntəqələrinin fəaliyyəti qanunla sərtləşdirilir. Lisenziyalaşdırma şərtlərinə görə daha sağlam hüquqi şəxslərin seçiləcək. Bundan əlavə,  fəaliyyət zamanı kurs arasında fərqin çox olmaması da qanunla tənzimlənəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Aydlndl · 20 Aprel 13:5710

    Achilmagl yaxwldl hele.Banklar ne kurs isteyirdiler qoyurdular.

    Cavab yaz
  • Anonim
    etibar · 20 Aprel 15:5511

    ilk növbədə banklara nəzarət etmək lazımdır ki,ağzına gələn kursu qoymasin.bəəzi banklar dollari 1.60 alır amma 1.71-ə satır bu qəədər fərq olaaar. banklara nəzarət bolmasa valyutadəyişməməntəqələrinə də nəzarət mümkün olmayacaq.arada hansısa yetim gudaza gedəcək.

    Cavab yaz
  • Anonim
    Aydlndl · 20 Aprel 16:1310

    Bank 1.60 yox lap 1.40 qoysun.Seni mecbur edan var ki orda deyiwesen?ged hara xowdusa orda deyiw.Sen dediyin o aradakl ferqi az etmek uchun valyuta deyiwme menteqelerinin achilmagl wertdi.Reqabet ne qeder chox olsa qazanan xalq olur.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.