Ölkə

"İslahatlar qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək"

18 Aprel 2017 16:22
Baxış: 396

"Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının bilavasitə inkişafı üçün mühüm məsələlərə toxundu və qarşıda duran hədəfləri müəyyən etdi".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda qeyri-neft sektorunun davamlı inkişafına mühüm önəm verir və çalışır ki, ölkə iqtisadiyyatının neft sektorundan asılılığı tamamilə aradan qalxsın və ixrac yönümlü məhsulların istehsalı çoxalsın:

"Bunun üçün ötən dövr ərzində Azərbaycanda xeyli işlər görülüb. Prezidentin apardığı siyasət nəticəsində kənd təsərrüfatının, turizmin inkişafı, qeyri-neft sektoruna aid bütün sahələrdə istehsalın artırılması istiqamətində mühüm tədbirlər görülüb. Azərbaycan artıq öz brendi ilə dünyada tanınmağa başlayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan öz ixrac potensialını daha da artırmalıdır".

Deputat qeyd edib ki, Azərbaycanda ixrac potensialını artırmaq və dünya bazarında rəqabətədavamlı məhsulların istehsalı istiqamətində yerlərdə lazımi ifrastruktur yaradılır:

"Artıq xeyli sayda istehsalat sahələri istifadəyə verilib və bir neçə zavodun da istifadəyə verilməsi, yeni sənaye parklarının açılması nəzərdə tutulur. Bu ilin birinci rübündə Azərbaycan ixrac edilən məhsullar hesabına xeyli gəlir əldə edib və işlər bu cür də davam etdirilməlidir. Eyni zamanda Azərbaycanda regionların ixtisaslaşdırılması prosesinə də başlanır".

T.Rzayev əlavə edib ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur və sahibkarlara lazımi şərait yaradılıb:

"Son illər ərzində ölkə iqtisadiyyatına 200 milyard dollardan çox sərmayə qoyulub ki, bu da çox böyük rəqəmdir. Görülən işlər artıq öz nəticəsini verir və inanıram ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan əsaslı islahatlar, sahibkarlığın inkişafına hərtərəfli dövlət dəstəyi Azərbaycanda qeyri-neft sektorunun inkişafına böyük təkan verəcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.