Ölkə

Bu avtobus sürücülərinin adı "qara siyahı"ya salınacaq - XƏBƏRDARLIQ

18 Aprel 2017 14:23
4 Şərh     Baxış: 1 086

Sürücüyə arzuolunmaz sosial təbəqənin nümayəndəsi kimi baxdıqda, sürücü də biz istədiyimiz kimi olmur. Sürücü canlı bir orqanizmin çox vacib elementi, vəzifəsi isə vacib vəzifədir. Əgər biz idarə etdiyimiz avtomobildə yalnız özümüzə və qəza törətdiyimiz obyektə cavabdehiksə, avtobus sürücüsü yalnız özünə deyil, təxminən 60 ailənin həyatına cavabdehdir. Buna görə, sürücülərə qarşı insanlarımız bir az səbirli olmalıdırlar, bir insana nə qədər müsbət yanaşsan, qarşılıqlı addım da müsbət olar.

Milli.Az xəbər verir ki, bunu APA-ya müsahibəsində Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli bildirib.

Qurum rəhbərinin sözlərinə görə, bu münasibətlərin formalaşması üçün BNA tərkibində Sürücü-Təlim Mərkəzi yaradılıb: "Hal-hazırda İslam Həmrəyliyi Oyunları ilə əlaqədar sürücülərə xüsusi təlimlər keçirilir, oyunlardan sonra isə bütün Bakıdakı daşıyıcıların sürücüləri ora cəlb olunacaq. Ora cəlb olunan sürücülər sürməyi öyrənmək məqsədilə deyil, sadəcə avtobusda davranış, avtobusu düzgün idarə etmə, tormozlama, sərnişinlərlə danışıqla bağlı nəzəriyyələr öyrədilir.

Mən istəmirəm ki, sahibkar istədiyi sürücünü işə götürsün. Sahibkara sürücü lazım olanda bizə müraciət edəcək, bizim təlimlərdən keçən sürücülər həmin daşıyıcının xəttində işlə təmin olunacaqlar. Hər hansı sürücü 1 ay ərzində hər hansı sərnişinlə kobud rəftar edərsə və yaxud da qayda pozuntusu olarsa, bu istiqamətdə biz əlimizdən gələni edəcəyik. Birincisi, həmin sürücü "qara siyahı"ya düşəcək və bundan sonra o sürücü digər daşıyıcılarda işləyə bilməyəcək. Əgər ölümcül qəza olarsa, həmin sürücünün "D" kateqoriyasının ləğv edilməsi üçün işlər görüləcək. Bu məsələni digər dövlət qurumları qarşısında qaldıracağıq". 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

4 Şərh:

  • Anonim
    anonim · 18 Aprel 14:4000

    Valla 12 nömrəli marşrutda bəzi sürücülər var ki,sürücülük vəsiqəsi əlindən alınsa yaxşıdı.Dünən evə çatıb çatmayacagıma şübhə etdim.Elebil Ralli yarışına çıxmışdı sürücü.Dəyəndədəki asta sürün az qalırlar adamı öldürələr.Dayanacqdada saxlayanda tez olun tez olun adamın lap əsəbini oynadırlar.

    Cavab yaz
  • Anonim
    Anonim · 18 Aprel 14:5800

    57nomreli marsurta pis sururler

    Cavab yaz
  • Anonim
    Ası · 18 Aprel 15:2500

    Mence qabaqa baxmıw xeylı duzelıbler fısları yatıb tormuzu ele verdirdiler kı üreyım düşürdü avtobusu dayanacaqda adamın üstüne sürdürdüler

    Cavab yaz
  • Anonim
    · 18 Aprel 20:0900

    Onsuzda men cerniy spisoka salmiwam sizde salin

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.