Ölkə

Maaşlar artıb

18 Aprel 2017 10:25
5 Şərh     Baxış: 6 939
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2016-cı ilin müvafiq dövrünə nisbətən 5,9 faiz artaraq 499,9 manat təşkil edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əmək haqqı neft sektorunda 3007,1 manat, qeyri-neft sektorunda 440,6 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 378,9 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 671,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, tikinti, informasiya və rabitə, eləcə də peşə, elmi və texniki fəaliyyət sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.