Ölkə

"Azercell"dən yaranmış problemlə bağlı AÇIQLAMA - YENİLƏNİB

17 Aprel 2017 15:37
6 Şərh     Baxış: 4 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

15:37

"Azercell Telekom" yaranmış problemlə bağlı məlumat yayıb:

 Milli.Az bildirir ki, məlumatda deyilir:

"Hörmətli həmkarlar,

Məlumat üçün bildiririk ki, 17.04.2017-ci il tarixində, saat 12:00-14:15 radələrində "Azercell Telekom" MMC-nin telekommunikasiya şəbəkəsindən istifadə edən bəzi nömrələrdə internet xidmətinin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkün idi. Yaranmış halın aradan qaldırlması üçün təcili tədbirlər görülmüş və qısa müddət ərzində bu istiqamətdə tam normal əsaslarla xidmət göstərilməsi imkanı təmin edilmişdir".

------------

13:48

Bir neçə abonent Milli.Az-a müraciət edərək, artıq iki saata yaxındır ki, "Azercell" mobil operatoru şəbəkəsində problem yarandığını bildiriblər. Qeyd edilir ki, hazırda "Azercell"in interneti, saytı və müştəri xidmətləri işləmir.

Məsələ ilə əlaqədar "Azercell Telecom"la əlaqə saxladıq. Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən bildirildi ki, məsələ araşdırılacaq və bu barədə tezliklə məlumat veriləcək.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.