Ölkə

Prokuror 2 piyadanı öldürən sürücüyə 11 il cəza istədi

17 Aprel 2017 13:16
0 Şərh     Baxış: 577

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzasında təqsirləndirilən Anar Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə 11 il cəza istəyib.

Hakim sön söz üçün təqsirləndirilən şəxsə vaxt verib. Proses aprelin 26-da davam etdiriləcək.

İttihama görə, 2016-cı ilin iyun ayında Binəqədi rayonunun Xocəsən qəsəbəsində, Bakı-Xocəsən yolunun 7-ci kilometrliyində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi "Nissan X-Trail" markalı, 90 SD 338 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən 3 nəfəri vurub. Hadisə nəticəsində xəsarət alan 2 piyada dünyasını dəyişib, 1 nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.