Ölkə

Sərnişin daşınması qaydaları dəyişdi - Bunlarsız olmaz!

13 Aprel 2017 11:21
5 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil nəqliyyati ilə sərnişin daşınmasi qaydalarında dəyişiklik edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiayalar Nazirliyinin (NRYT) Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) Milli.Az-a verilən məlumata görə, qeyri-müntəzəm sərnişin daşımaları təşkil edilərkən daşıyıcılar avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir.

Nazirlər Kabineti bununla bağlı "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları"nda dəyişiklik edib.

İndiyədək daşıyıcılar sərnişinlərin daşınmasına dair təhlükəsizlik tələbləri, habelə sürücülər üçün müəyyən olunmuş istirahət və iş rejimi nəzərə alınmaqla avtobusların marşrut üzrə hərəkət cədvəllərinin daşımanın sifarişçisi ilə birlikdə tərtib edirdilər.

İndi isə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını və sürücünün reysqabağı tibbi müayinədən keçirilməsini təmin etməlidir.

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının nəticələrinin qeydiyyatı forması NRYT Nazirliyi tərəfindən müəyyən edilən "Avtonəqliyyat vasitələrinin reysqabağı müayinə jurnalı"nda aparılacaq.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.