Ölkə

Vergi orqanlarında işləmək istəyənlərin NƏZƏRİNƏ

13 Aprel 2017 10:53
0 Şərh     Baxış: 1 016
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il aprelin 15-də "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında" Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcəkdir.

DİM-in mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, namizədlər 14 aprel saat 18:00-dək  "imtahana buraxılış vərəqəsi"ni Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər. 

İmtahan saat 11:00-da başlayır və Bakı Dövlət Universitetində - 3 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 1324 namizəd qeydiyyatdan keçmişdir. Prosesin idarə edilməsi üçün 123 nəzarətçi-müəllim, 13 imtahan rəhbəri ayrılmışdır.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.

Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) "İşə qəbul. Müsabiqələr" bölməsinin müvafiq altbölməsində yerləşdirilmişdir.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.

Tеl: (+99 412) 502-47-53 (dax. - 142)

E-mail: [email protected]; http://dim.gov.az/

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.