Ölkə

"Dəfələrlə məmurlara demişəm ki, insanları incitməyin!"

10 Aprel 2017 15:51
5 Şərh     Baxış: 4 907

"Azərbaycanda xidmət sahələrində vəziyyət ağırdır. Bu ağırlığı insanların çiynindən götürmək lazımdır".

Milli.Az xəbər verir ki, bunu modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib. Deputat bildirib ki, bizdən asılı olmayaraq dünyada gedən inkişaf kataklizmalarından devalvasiya bizə hədiyyə düşüb.  "Heç olmasa bu zaman etməyin də. Heç olmasa xidmət sahələrində bu yükü xalqın üzərinə qoymayın. Mən dəfələrlə məmurlara demişəm. Bunu etməyin! Qaz, su, işıq idarələrindən insanları incitməyin! Onsuz da insanların aldıqları pul heç nədir. Heç olmasa "Azəriqaz", "Azərsu", "Azərişıq" insanları incitməsin. Bu incikliklər axırda dövlətə qarşı gedib çatacaq. Ona görə də bizim hər attığımız addım cənab prezidentə inamla, güvənlə ekvalent olmalıdır. Ona görə də biz xalqı incitməməliyik. İncik xalq isə küçələrə gedəcək, mitinqlərə başlayacaq. Xalqı incitmək olmaz. Biz xalq üçün işləməliyik. Ulu öndər Heydər Əliyev də deyib ki, hakimiyyətin yeganə mənbəyi xalqdır! Əgər hakimiyyət xalqındırsa, xalqa xidmət etmək lazımdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

5 Şərh:

  • Anonim
    N · 10 Aprel 16:2000

    Bizim mänurlarla Allahda bacarmır.Bir qalmışdı sizin sözünüzä baxsınlar.

    Cavab yaz
  • Anonim
    Aida · 10 Aprel 16:2500

    Tam raziyam. Amma nə olsun ki...

    Cavab yaz
  • Anonim
    M.A. · 10 Aprel 17:0600

    Sağ ol! Tez-tez bu fikirlələ ekranda görünsən yaxşı olar

    Cavab yaz
  • Anonim
    Zamin, Zardabli · 10 Aprel 17:3901

    Siz cox gozal va saxavatli deputatslnlz, siza ewq olsun

    Cavab yaz
  • Anonim
    SEVA TOVUZ · 10 Aprel 17:5700

    demek gozeldir axi emel eden yox seviyyesindedir...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.