Ölkə

AZAL-ın vəzifəli əməkdaşı 92 yaşında vəfat edib - FOTO

30 Mart 2017 09:47
8 Şərh     Baxış: 3 332
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın əməkdar həkimi vəfat edib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) Hava Limanlarının İstismarı İdarəsi rəisinin tibbi-sanitar xidməti üzrə müavini Şövkətxanım Ataməliyeva 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ş.Ataməliyeva 1925-ci ildə Bakı şəhərində anadan olub. 1948-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, təyinatla Ordubada göndərilib. 1953-cü ildə Bakıya qayıdaraq, aviasiya tibb xidməti sahəsində çalışmağa başlayıb. O, ömrünün 64 ilini aviasiya tibb- sanitar xidməti işinə həsr edib. Ş.Ataməliyeva 2008 -ci ildə Mülki Aviasiyanın 70 illik yubileyində Prezident təqaüdünə layiq görülüb və Mülki Aviasiyanın inkişafında mühüm xidmətlərinə görə yubiley medalı ilə təltif edilib.

Dəfələrlə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin fəxri fərman və mükafatlarını alıb.
Sövkətxanımın 2 övladı, 2 nəvəsi və 3 nəticəsi var. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.