Ölkə

Motosiklet aşdı: SÜRÜCÜ ÖLDÜ

18 Mart 2017 11:38
1 Şərh     Baxış: 1 491
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Martın 17-də saat 12 radələrində Xəzər rayonunun Türkan qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın DİN-ə istinadən məlumatına görə, qəza zamanı Bakı şəhər sakini Elvin İldarov idarə etdiyi "Honda" markalı motosikleti aşırıb. Nəticədə E. İldarov hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.
 
Bundan başqa, ötən gün saat 16 radələrində Gəncə şəhərində şəhər sakini Lətif Heydərovun idarə etdiyi "VAZ-21099" və Şəmkir rayon sakini Kənan Veyislinin idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü və K.Veyislinin sərnişini Tural Sadıqov xəstəxanaya yerləşdirilib. T.Sadıqov orada ölüb.

Nizami (Gəncə) RPİ tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.